Ağstafada bıçaqlanma olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Yuxarı Göyçəli kənd sakini, 1989-cu il təvəllüdlü Abbasov Babək Şəmsi oğlu bıçaq xəsarəti ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. B. Abbasovun kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.