Bu gün Xətai Rayon Məhkəməsində NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılıb.
Lent.az-ın məlumatına görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, B.Məmmədovun barəsində seçilmiş həbs-qətimkan tədbiri 2 ay 1 gün - noyabrın 11-ə kimi artırılıb.
Qeyd edək ki, NİDA Vətəndaş Hərəkatının üzvü B.Məmmədov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub. Rəsmi məlumata görə, onun üzərindən və evindən ümumilikdə iki kq-dan artıq heroin götürülüb.
Ötən gün Xətai Rayon Məhkəməsində hər iki şəxs barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.