Nərimanovda civə həyəcanı
21 fevral 2016 16:28 (UTC +04:00)

Nərimanovda civə həyəcanı

0

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nərimanov rayonunda mənzildə termometr sınması barədə müraciət daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, cihazın sınması nəticəsində daxilindəki civə ətrafa dağılıb. Maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının Kimya xidmətinin mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib. Əməliyyat saat 13:00-da başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 269

Oxşar yazılar