Lent.az-ın əldə etdiyi məlumata görə, yanğın artıq söndürülüb.
***
Bakıda yaşayış binasında yanğın baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində mənzildə yanğın baş veribr. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hal-hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.