[b]Nərimanov rayonunda evdə qadın meyiti tapıldı[/b]
08 aprel 2019 13:54 (UTC +04:00)

[b]Nərimanov rayonunda evdə qadın meyiti tapıldı[/b]

0

Bakının Nərimanov rayonunda evdə qadın meyiti tapılıb.

Lent.az xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1939-cü il təvəllüdlü Nuriyeva Raya Qasım qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 921

Oxşar yazılar