Nazirliyin Çağrı Mərkəzində 662 müraciət qeydə alınıb
06 iyul 2015 14:59 (UTC +04:00)

Nazirliyin Çağrı Mərkəzində 662 müraciət qeydə alınıb

 

İyun ayı ərzində Kənd Təsərrüfatına Nazirliyinə əhali tərəfindən müraciətlər qeydə alınıb. Nazirliyin saytına əsasən Lent.az-ın məlumatına görə, müraciətlərin 7-si nazir Heydər Əsədov tərəfindən vətəndaşların regionlarda keçirilən qəbulunda  iştirak etmək üçün olub. 34-ü yeni kənd təsərrüfatı texnikalarını almaq  və lizinq yolu ilə satılmış kənd təsərrüfatı texnikalarının dəyərinə tətbiq edilən güzəştlər barədə, 37-si yeni alınan traktorlarda və texnikalarda yaranmış nasazlıqlar və təmir üçün ehtiyat hissələri ilə təchiz olunma, 27-si ot biçini, pres bağlama və daşınması ilə əlaqədar “Aqrolizinq” ASC-nin Aqroservis filialları tərəfindən müvafiq texnika və avadanlıqların ayrılması, 8-i kənd təsərrüfatı texnikalarına texniki baxış keçirilməsi, sürücülük vəsiqəsinin dəyişdirilməsi, texnikalara dövlət nömrə nişanlarının verilməsi, 305-i taxıl biçini ilə əlaqədar kombaynlara olan tələbatın ödənilməsi, 48-i subsidiya sənədlərinin qəbul edilməsi, kənd ərazi komissiyaları tərəfindən sənədləşmə işlərinin aparılması, aralıq əkinlər üçün subsidiyaların verilmə mexanizmi barədə məlumatlar, 18-i güzəştli şərtlərlə kreditlərin verilməsi qaydaları və gübrələrin güzəştli satış qiymətləri barədə, 74-ü əkin və bağ sahələrinin suvarılmasına  köməklik göstərilməsi, yarmarkalarının yenidən fəaliyyətə başlaması, 14-ü iri buynuzlu mal-qara arasında damazlıq işinin təşkili, eyni zamanda  baytarlıq nəzarəti xidməti tərəfindən profilaktiki tədbirlərin gücləndirilməsi, 26-sı kənd təsərrüfatının müxtəlif  sahələrini əhatə edən digər məsələlərlə əlaqədar olub.     

 

Bununla bərabər, digər dövlət orqanlarının səlahiyyətlərinə aid olan 21 müraciət, o cümlədən taxıl biçinində yanğın təhlükəsi barədə 5, torpaqdan istifadə məsələləri barədə 8, nazirliyin tabeli qurumlarında işlə təmin olunma barədə 6 müraciət daxil olub.

Hər bir müraciətə nazirliyin müvafiq strukturları tərəfindən baxılmış, qaldırılan məsələlər öz müsbət həllini tapmış və məzmununa uyğun olaraq informasiya-məsləhət xidməti göstərilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 186
avatar

Oxşar yazılar