"Telemexanika" Zavodundakı partlayışda yararlananlardan daha bir nəfər ölüb
10 iyul 2015 11:43 (UTC +04:00)

"Telemexanika" Zavodundakı partlayışda yararlananlardan daha bir nəfər ölüb

 

Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan şəhərindəki "Telemexanika" Zavodunda baş vermiş partlayış nəticəsində xəsarət alanlardan biri Respublika Yanıq Mərkəzində vəfat edib.

 

Yanıq Mərkəzindən APA-ya verilən məlumata görə, 1971-ci il təvəllüdlü Xatirə İnşallah qızı Səttarova bu gün səhər saat 7 radələrində reanimasiya şöbəsində dünyasını dəyişib.

 

Qeyd edək ki, iyulun 7-də  zavodun sexlərinin birində yaranmış qısaqapanma nəticəsində sıçrayış olub, nəticədə 20 kvadratmetr sahədə yanğın baş verib.

 

Baş verən hadisə zamanı 1 nəfər ölüb, 19 nəfər isə xəsarət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 245
avatar

Oxşar yazılar