Daxili İşlər Nazirliyi Şamaxı rayonunda baş vermiş bədbəxt hadisə ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, iyulun 24-də Şamaxı rayonunun Şəhriyar qəsəbə sakinləri Məhəbbət Bəkirov, Taleh Səfərov və Qadir Axundov rayon ərazisindəki göldə balıq tutarkən ehtiyatsızlıqdan yıxılaraq boğulub.
Meyitlər sudan çıxarılıb.
Araşdırma aparılır.