Nazirlik toydakı cinayətlə bağlı məlumat yaydı
18 iyul 2016 13:27 (UTC +04:00)

Nazirlik toydakı cinayətlə bağlı məlumat yaydı

0

Daxili İşlər Nazirliyi Şəmkir rayonunun Bayramlı kəndində keçirilən toy məclisində baş vermiş hadisə ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 17-də Şəmkir rayonunun Bayramlı kəndində keçirilən toy məclisində kənd sakini Pərvin Kərimov münaqişə zəminində həmkəndliləri Mahmud Mahmudova, Rza Rzalıya, Seyhun Cəfərova və qardaşı Nicata bıçaqla xəsarət yetirib.

 

Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində P.Kərimov tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 416

Oxşar yazılar