Şamaxıdakı yanğınla bağlı <span style="color:red;">RƏSMİ MƏLUMAT
19 avqust 2016 14:43 (UTC +04:00)

Şamaxıdakı yanğınla bağlı RƏSMİ MƏLUMAT

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi dünən günorta saat 14:00 radələrində Şamaxı rayon Şərədil bələdiyyəsinə məxsus torpaq sahəsində baş vermiş  yanğınla bağlı məlumat yayıb.

 

 

ETSN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bildirilir ki, yanğın havanın küləkli olmasından onun söndürülməsində çətinliklər yaranıb və geniş ərazini əhatə edərək Şamaxı meşəbəyliyinin 7 saylı dolayına keçib.

Hadisənin ciddiliyi nəzərə alınaraq  Nazirliyinin müvafiq qurumları fövqəladə iş rejiminə keçib. ETSN-nin Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzinin lazımi avadanlıqları götürülərək hadisə yerinə aparılıb. Həmçinin Nazirliyin 50 nəfərlik heyəti dünəndən hadisə yerinə yola düşüb. 

Ərazi yüksək dağ massivində yerləşdiyindən yanğının qarşısının alınması və közərən sahələrin söndürülməsi üçün  mümkün olan bütün vasitələrdən, əsasən əl əməyindən istifadə edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzinin əməkdaşlarının ciddi səyləri nəticəsində, çətin şəraitdə əl əməyindən istifadə edilməklə həyata keçirilən intensiv tədbirlər nəticəsində yanğın gecə saatlarında lokallaşdırılıb, avqustun 19-da səhər  saat 10 radələrində isə tam söndürülüb.

 

Məlumatda deyilir ki,  Şamaxı rayon Şərədil bələdiyyəsinə məxsus ərazidə baş verən yanğın ümumilikdə 35 hektar sahəni əhatə edib və bundan yalnız 2 hektara yaxın ərazi meşə fondu torpaqlarına aiddir. Ümumiyyətlə, bir-birindən aralı məsafələrdə yerləşən kiçik sahələrdə baş vermiş yanğın nəticəsində quru ot və kol örtüyü yanıb, ağacların yarpaqları ütülsə də, onlara ciddi ziyan dəyməyib.

 

Yanğının baş vermə səbəbləri araşdırılır.

 

Qeyd edək ki, meşə yanğınlarının səbəbləri ilə bağlı mütəxəssislərin apardığı təhlillər və monitorinqlər göstərir ki, baş verən yanğın hadisələrinin çox böyük əksəriyyəti insanların odla ehtiyatsız davranışı, taxıl biçininin yekunlaşmasından sonra biçənəklərə od vuran fermerlərin etinasızlığından irəli gəlir.

Təəssüf ki, insanlar təbiətdə olarkən yanğın təhlükəsizliyi qaydalarına əməl etmir və yarana biləcək fəsadları hesablamırlar. Nəzərə almırlar ki, belə məsuliyyətsiz addımların nəticəsində hektarlarla meşə örtüyü məhv ola bilər, ölkənin meşə fondu ani vaxt içərisində yanıb kül olmaq təhlükəsi ilə üzləşər.

Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN əhalini təbiət qoynunda olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 863
avatar

Oxşar yazılar

Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46