Daxili İşlər Nazirliyi Masallı rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 24-də Masallı rayonunun Bədəlan kəndində kənd sakini Afiq Yusubov münaqişə zəminində həmkəndlisi Əzim Əzimova bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilmiş Ə.Əzimov orada ölüb.
Masallı RPŞ tərəfindən əməliyyat axtarış tədbirləri aparılır.