Bakıda baş vermiş dəhşətli qətllə bağlı bəzi məqamlar məlum olub. Vesti.az-ın xəbərinə görə, Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə təslim olan Vüsal Rəhimov bir həftə əvvəl, tanışı 1959-ci il təvəllüdlü Xəlfəyev Raqib Tağı oğlunu qətlə yetirdiyini bildirib.
V.Rəhimovun sözlərinə görə, R.Xəlfəyevi maşında Qobu qəsəbəsinə gətirib və onların arasında mübahisə yaranıb. V.Rəhimovun dediyinə görə, Xəlfəyevin ona borcu olub. Baş vermiş münaqişə nəticəsində Rəhimov Xəlfəyevin boğazını kəsib. Daha sonra isə meyiti Sabunçu rayonunun Pirşağı qəsəbəsinə apararaq basdırıb.
R.Xəlfəyev Qaradağ rayon sakini olub. Onun haqqında sentyabrın 19-dan itkin düşmüş kimi axtarış elan olunub.
***
13.24
Daxili İşlər Nazirliyi Bakıda baş qətl hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, ötən gün Bakı şəhər sakini Vüsal Rəhimov Binəqədi RPİ 6-cı PB-yə müraciət edərək sentyabrın 17-də Qobu qəsəbəsində paytaxt sakini Fuad Nurməmmədova məxsus “AzSamand” markalı avtomobildə sentyabrın 19-da itkin düşmüş Lökbatan qəsəbə sakini Rahib Xəlfəyevi bıçaqla qətlə yetirib hadisə yerini tərk etməsini, cəsədin isə F.Nurməmmədov tərəfindən Pirşağı qəsəbəsi ərazisində basdırılmasını bildirib.
Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtar
***
10.17
Bakıda qətl hadisəsi baş verib.
Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Qobu qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Vüsal Nəriman oğlu Rəhimov aralarında yaranan münaqişə zəminində 1959-cu il təvəllüdlü həmyerlisi Rahib Tağı oğlu Xalfayevi bıçaqlayaraq qətlə yetirib. Hadisəni törədən V.Rəhimov tutulub.
Faktla bağlı araşdırma aparılır.
Pula görə başını kəsdi - BAKIDAKI DƏHŞƏTLİ QƏTLİN SƏBƏBİ
3832