Nazirlik ağır qəzalarla bağlı məlumat yaydı
27 iyun 2017 12:50 (UTC +04:00)

Nazirlik ağır qəzalarla bağlı məlumat yaydı

0

Daxili İşlər Nazirliyi dünən baş vermiş ağır yol qəzaları ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, iyunun 26-da saat 13 radələrində Ağdaş rayonunun Pirəzə kəndində rayon sakini Tural Məmmədovun idarə etdiyi "VAZ-2107" və Qəbələ rayon sakini İrşad Rəşidovun idarə etdiyi "Ford" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ" markalı avtomobilin sürücüsü hadisə yerində ölüb, xəsarət alan 2 sərnişini, hadelə digər avtomobilin sürücüsü xəstəxanaya yerləşdirilib.

 

Bundan başqa iyunun 26-da saat 16 radələrində Balakən rayonunun Qazma kəndində kənd sakinləri Tamerlan Atayevin idarə etdiyi "Mercedes" və Rəhim  Bayramovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillər toqquşub. Nəticədə R.Bayramov və 3 sərnişini xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 429

Oxşar yazılar