Nazirlik 2 nəfərin öldüyü hadisə ilə bağlı məlumat yaydı
17 may 2016 16:38 (UTC +04:00)

Nazirlik 2 nəfərin öldüyü hadisə ilə bağlı məlumat yaydı

0

Daxili İşlər Nazirliyi Qaxda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 16-da saat 21 radələrində Qax şəhərində şəhər sakini Ümid Muradovun idarə etdiyi “Ekskovator YMZ” markalı traktorla Şəki rayon sakini Firuddin Təhməzovun idarə etdiyi “VAZ-21214” markalı avtomobil toqquşub. Nəticədə F.Təhməzovun sərnişinləri, İlisu kənd sakinləri Səlihə Muradova və Xanpəri Muradova hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

 

BDYPİ tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 262

Oxşar yazılar