Azərbaycanda 38 nəfər borca görə saxlanıldı
29 avqust 2019 11:55 (UTC +04:00)

Azərbaycanda 38 nəfər borca görə saxlanıldı

0
Respublikanın daxili işlər orqanları dünən gün ərzində törədilən 29 cinayətin üstünü “isti izlər”lə açıb.  
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması təmin olunub. 
 
Axtarışda olduğuna görə ümumilikdə 41 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 38 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb.
 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.
 
 
 
 
 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 557

Oxşar yazılar