Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı
12 aprel 2019 09:29 (UTC +04:00)

Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
 
ONA-nın qərb bürosunun xəbərinə görə, aprelin 11-də Gəncə ŞBPİ-nin Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  qabaqcadan əlbir olaraq, narkotik vasitələrin alqı-satqısında  şübhəli bilinən şəhər sakinləri - 29 yaşlı  Elvin Nağıyev, 26 yaşlı Rəşad Əliyev və əvvəllər məhkum olunmuş 27 yaşlı Nəriman Mirbağırov saxlanılaraq Nizami Rayon İdarəsinə gətirilib.
Onların üzərinə baxış keçirilən zaman Nəriman Mirbağırovun üzərindən 1.8 qram narkotik vasitə olan qurudulmuş marixuana, yaşadığı evin müxtəlif yerlərindən  ümumi çəkisi 1 kq 343 qram qurudulmuş marixuana,  Elvin Nağıyevin üzərindən 1.9 qram qurudulmuş marixuana,  Rəşad Əliyevin yaşadığı evdən isə 82.2 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
 
Bundan başqa ŞBPİ-nin  Kəpəz Rayon Polis İdarəsinin keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş 60 yaşlı Elman Rzayev qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, saxlamaqda, üzərində gəzdirməkdə və satmaqda şübhəli olduğuna görə şəhər ərazisində saxlanılaraq Kəpəz RPİ-nə gətirilib. Onun üzərinə baxış keçirilən zaman əlində olan sellofan torbadan və pencəyinin sol yan cibində dörd bükümdə ümumi çəkisi 235.08 qram  narkotik vasitə olan “tiryək” aşkar olunaraq götürülüb.
 
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 424
avatar

Oxşar yazılar