Külli miqdarda narkotik dövriyyədən çıxarıldı
25 iyun 2019 12:22 (UTC +04:00)

Külli miqdarda narkotik dövriyyədən çıxarıldı

0
Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirir.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 24-də ümumi çəkisi 12 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilən 350 ədəd çətənə kolu aşkar edilərək dövriyyədən çıxarılıb.
 
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Ağcabədi rayonu, Yeni Qaradolaq kənd sakini S.Məmmədovdan 1,5 kiloqramdan artıq heroin və elektron tərəzi, Pirallahı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Nurullayevdən 2 kiloqrama yaxın marixuana götürülüb.
 
Astara rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş A.Həsənov 5,3 kiloqram tiryəki satarkən cinayət başında yaxalanıb.
 
Beyləqan rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Saatlı rayon sakini A.Qarayevin Şərq qəsəbəsinin ərazisində kultivasiya yolu ilə yetişdirdiyi 300 ədəd çətənə kolu, habelə həmin yerdə saxladığı 2,9 kiloqram marixuana aşkar edilərək götürülüb.
 
Lənkəran rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Viyən kənd sakini M.Kazımova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
 
Saatlı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş S.Əzizov və Bakı şəhər sakini olan qohumu, əvvəllər məhkum olunmuş T.Nağıyev tərəfindən Qıraqlı kəndi ərazisində kultivasiya yolu ilə yetişdirilmiş 39 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
 
Faktlarla bağlı araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 568

Oxşar yazılar