
"Səbiş" ləqəbli narkotacir saxlanıldı
Biləcəri qəsəbəsində “Səbiş” kimi tanınan narkotacir saxlanılıb.
Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xəbər verilib.
Məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində Biləcəri qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər ifşa ediliblər.
Belə ki, daxil olan məlumat əsasında Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Ramil Hüseynov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1,003 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. R.Hüseynov ifadəsində narkotik vasitəni Biləcəri qəsəbəsində yaşayan “Səbiş” adlı şəxsdən aldığını bildirib. Bölmə əməkdaşlarının keçirdikləri əlavə əməliyyat zamanı həmin şəxs, paytaxt sakini Səbinə Quliyeva da tutularaq istintaqa təqdim edilib. Onun üzərində şəxsi axtarış aparılan zaman 50,020 qram, yaşadığı evdən isə əlavə olaraq 1 kiloqram 15 qram narkotik vasitə heroin aşkar edilərək götürülüb.
S.Quliyeva ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı 6-cı Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Hər iki şəxs barəsində cinayət işi başlanılıb və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.
Oxşar yazılar

Lənkəranın icra başçısı ona sui-qəsddə ittiham olunanın məhkəməsinə ÇAĞIRILDI
4 mart 2025 , 17:30
Azərbaycandan çıxmaq istəməyən 59 miqrant saxlanıldı
4 mart 2025 , 17:09
İranda kişilərin qarşısında oxuyan qadın müğənni saxlanıldı
4 mart 2025 , 16:09
Bakıda evdə meyit tapıldı
4 mart 2025 , 15:41
Dərsə gedən uşaq itdən qorxub öldü
4 mart 2025 , 15:35
Bakının mərkəzindəki marketdə saxta araqlar aşkarlandı
4 mart 2025 , 15:21
Uşağından bezən ana onu başqa qapıya atdı
4 mart 2025 , 12:08