Müsavat Məclisinin üzvü və partiyanın Qərb regionu üzrə səlahiyyətli nümayəndəsi Cahangir Əmirxanlı Gəncə Şəhər Baş Polis İdarəsinə "Yeni Müsavat" qəzetindəki yazısına görə çağırılıb.
Bu barədə qəzetə məlumat verən C. Əmirxanlı bildirib ki, onunla Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini İlqar Balakişiyev görüşüb.
Rəis müavini ona "Gəncə-gözəl diyar, kasıb şəhər" yazısı ilə bağlı narazılığını ifadə edib və qərəzli olduğunu bildirib.
***
16.12
Müsavat Məclisinin üzvü və partiyanın Qərb regionu üzrə səlahiyyətli nümayəndəsi Cahangir Əmirxanlı Gəncə Şəhər Baş Polis İdarəsinə çağırılıb.
C. Əmirxanlı musavat.com-a açıqlamasında bildirib ki, o, hazırda Gəncə Şəhər Baş Polis İdarəsindədir. Onunla İctimai Təhlükəsizlik İdarəsinin rəisi Natiq Quliyev görüşəcək. Ona polisə çağırılmasının səbəbi barədə heç nə deyilməyib.
Qeyd edək ki, müsavatçı əvvəlcə Kəpəz rayon Polis İdarəsinə çağırılsa da, daha sonra polis əməkdaşlarının müşayiəti ilə Gəncə Şəhər Baş Polis İdarəsinə aparılıb.