Müğənninin avtomobilindən oğurluq edilib
27 iyun 2019 12:35 (UTC +04:00)

Müğənninin avtomobilindən oğurluq edilib

Bakıda əməkdar artist Nurlan Növrəsli və daha iki nəfərin avtomobilindən oğurluq etməkdə təqsirləndirilən Rizvan Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
 
APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. 
 
Cinayət işi hakim Azər Tağıyevin icraatına verilib.
 
Qeyd edək ki, Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobillərdən oğurluq etməkdə şübhəli Rizvan Quliyev saxlanılıb. Onun ətrafında aparılan Bakı şəhər sakini Nurlan Növrəslinin “Renault” markalı avtomobilindən şüşəni sındırmaq yolu ilə mobil telefon və bankomat kartını oğurladıqları da müəyyən edilib.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 735
avatar

Oxşar yazılar