Azərbaycanlı gənc 10 milyona görə həmyerlisini öldürdü - <span style="color:red;">YENİLƏNİB  - <span style="color:red;">FOTOLAR
21 iyun 2016 12:24 (UTC +04:00)

Azərbaycanlı gənc 10 milyona görə həmyerlisini öldürdü - YENİLƏNİB - FOTOLAR

0

 

Sankt-Peterburqda meyvə-tərəvəz bazasında azərbaycanlının ölümü ilə bağlı yeni təfərrüatlar məlum olub. Lent.az-ın məlumatına görə, qətli törədən 27 yaşlı Emil Hüseynovdur. O, Narkotik Dövriyyəsinə Nəzarət üzrə Rusiya Federal Komitəsinin keçmiş əməkdaşıdır.


 

Şahidlərin məlumatına görə, hadisə zamanı heç bir dava olmayıb. Emil Hüseynov soyuqqanlı şəkildə qurbanı, İsmayılov soyadlı 43 yaşlı həmvətəninə yaxınlaşaraq əlindəki tapançadan ona bir neçə dəfə atəş açıb.

 

Bundan sonra o, qaçmağa başlayıb. Digər satıcılar onun arxasınca qaçaraq tutublar. Bu zaman Hüseynov möhkəm döyülüb və hazırda Peterburqun Aleksandrovsk xəstəxanasındadır. Onun yatdığı palata OMON tərəfindən ciddi qorunur.

 

Rusiya İstintaq Komitəsindəki mənbədən “Life.ru”ya verilən məlumata görə isə, hadisə sifarişlidir. Emil Hüseynov istintaqa ilkin ifadəsində bunu etiraf edib. O bildirib ki, qətlə görə ona 10 milyon rubl (təxminən 155 min dollar) pul veriləcəkdi.

 

Yerli KİV-in yaydığı məlumata görə, hazırda sifarişçinin kimliyi araşdırılır. Hadisənin baş verdiyi Sofiyskaya bazarı da OMON tərəfindən mühasirəyə alınıb, ora heç kim buraxılmır.

 

***

 

Sankt-Peterburqda meyvə-tərəvəz bazasında azərbaycanlının ölümü ilə nəticələnən davanın təfərrüatları məlum olub.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Rusiya Daxili İşlər Nazirliyinin Peterburq və Leninqrad vilayəti üzrə baş idarəsinin mətbuat xidməti hadisənin kütləvi dava olmadığını, iki nəfər arasında münaqişə üzündən baş verdiyini açıqlayıb:

 

“Yerli vaxtla saat 13.30 radələrində əslən azərbaycanlı iki şəxs arasında münaqişə baş verib. Onlardan biri digərinə odlu silahla atəş açıb və qaçmağa çalışıb. Digər satıcılar onun arxasınca qaçaraq tutublar. Xəsarət almış azərbaycanlı hadisə yerində ölüb. Digəri isə xəstəxanaya yerləşdirilib”.

 

Hadisə yerində istintaq qrupu işləyir. 

 

***

 

16:52

 

Sankt-Peterburqda meyvə-tərəvəz bazasında kütləvi dava baş verib.

 

APA-nın “Fontanka” portalına istinadən verdiyi məlumata görə, davada 100-200 nəfər iştirak edib.

 

Dava iştirakçılarından biri odlu silahdan istifadə edib. Öldürülən şəxsin Azərbaycan vətəndaşı olduğu bildirilir. Onu borca görə qətlə yetirildiyi güman olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 531

Oxşar yazılar