Müdafiə nazirindən zabitlərə <span style="color:red;">XƏBƏRDARLIQ:  <span style="color:red;">"Əsgərin payında gözü olanlar..."
26 iyun 2014 11:12 (UTC +04:00)

Müdafiə nazirindən zabitlərə XƏBƏRDARLIQ: "Əsgərin payında gözü olanlar..."

Müdafiə naziri Zakir Həsənov orduda korrupsiya hallarına yol verənlərə sərt xəbərdarlıq edib. Lent.az-ın məlumatına görə, nazir ANS TV-ə müsahibəsində bildirib ki, i, prezidentin bununla əlaqədar xüsusi tapşırıqları olub: “Kimin əsgərin payında, dövlətin malında gözü varsa, onlara qarşı ciddi mübarizə aparılır. Gələcəkdə də rütbəsindən, vəzifəsindən asılı olmayaraq onlara qarşı ciddi mübarizə aparılacaq”.

Nazir təəssüflə qeyd edib ki, belə hallar Silahlı Qüvvələrdə olub. “Bunun qarşısı tam alınmayıb, bu mümkün deyil. Ancaq mübarizə ciddi şəkildə aparılır. “Dəfələrlə demişəm birdən kiminsə ağlına gələr, indidən fikrindən əl çəksin. Bunun nəticələri də var. Azərbaycanda məlumat almaq çətin deyil. Hamı bir-biri ilə tanışdır.”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2168
avatar

Oxşar yazılar