Moskva bazarlarında miqrant ovu davam edir
19 oktyabr 2013 15:00 (UTC +04:00)

Moskva bazarlarında miqrant ovu davam edir

Rusiya Federal Miqrasiya Xidməti və polis əməkdaşları Moskvanın 3 rayonunda reyd keçiriblər.

 

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, “Antikriminal” operativ-proflaktiki tədbirləri çərçivəsində böyük bazarlarda yoxlamalar aparılıb.

 

Nəticədə xarici ölkə vətəndaşı olan 657 miqrant saxlanılıb. Polis şöbəsinə aparılan bu miqrantlardan 159-nun qeyri-leqal yolla Rusiyada çalışdıqları məlum olub. Saxlanılanların əksəriyyəti Orta Asiya ölkələrinin vətəndaşlarıdır. Hazırda qeyri-qanuni miqrantlardan 105-nin Rusiyadan çıxarılması üçün sənədlər hazırlanır.  11 nəfər barədə isə cinayət işi qaldırılıb. Bu şəxslər qeyri-qanuni miqrasiyanın təşkilində günahkar sayılırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1665
avatar

Oxşar yazılar