Tovuz Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə 37 ədəd mobil telefon və aksesuarlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb. Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, idarəyə daxil olan əməliyyat məlumatı əsasında Azəraycan Respublikası vətəndaşının idarə etdiyi minik avtomobilinə “Sınıq Körpü” gömrük postunda baxış keçirilib. Yoxlama zamanı avtomobildən eyni mobil telefon markasının 3 modelinə aid olan 37 ədəd telefon aşkar edilib.
Digər bir məlumat əsasında“Sınıq Körpü” gömrük postunda gömrükçülər tərəfindən baxış keçirilən Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik avtomobilindən isə mobil telefonlara aid 6 adda 104 ədəd aksesuarlar aşkar edilərək götürülüb. Hər iki faktla bağlı araşdırma aparılır.