Milli Kitab Mükafatının qalibləri açıqlanıb. Lent.az-ın “Kulis”-ə istinadən verdiyi məlumata görə, ədəbi mükafatın qalibi Zakir Sadatlının “Əfqanıstan uçurumu” elan edilib.
2-ci və 3-cü yerlərə isə Pərvin Nurəliyeva (“Balerina”) və Malik Dursunov (“Kara dayı”) layiq görülüb.
Qaliblərin kitabları həm kağız, həm elektron formatda çap olunacaq.
MKM-də internet səsvermənin qalibi mərhum yazıçı Zakir Sadatlı, ən yaxşı uşaq nağılının Əfsanə Laçın, ən yaxşı şeirin Qəşəm Nəcəfzadə, ən yaxşı gənc yazıçı mükafatlarının qalibi Şəhriyar Del Gerani elan olunub.
Xatırladaq ki, Zakir Sadatlının “Əfqanıstan uçurumu” "Lent.az-ın kitabxanası" seriyasından nəşr edilib.