Mingəçevirdə güclü yanğın
01 iyul 2017 22:53 (UTC +04:00)

Mingəçevirdə güclü yanğın

0

Mingəçevir şəhərində başlayan yanğının söndürülməsi prosesi davam etdirilir. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saat 22:30 radələrində şəhərin Mingəçevir kəndinin Günəş küçəsində qeydə alınıb. Vətəndaşa məxsus mal-qara tövləsində baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Mingəçevir Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti cəlb olub. Yanğın böyük ərazini əhatə etdiyi üçün və yaxınlıqdakı evlər və yardımçı tikililərin yanmaq təhlükəsi olduğu üçün əraziyə 4 yanğınsöndürən avtomobil cəlb olunub. Hazırda yanğının söndürülməsi üçün işlər davam etdirilir. Yanğın zamanı tövlədə mal-qaranın olduğu və ev sahibinə xeyli ziyan dəydiyi bildirilir. Hadisə zamanı xəsarət alan olmayıb.

 

Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

 

Faktla bağlı araşdırma apırlır.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 363

Oxşar yazılar