Mingəçevir şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 20 Yanvar küçəsində qeydə alınıb. Adıgözəlova Tamella Məmməd qızı idarə etdiyi “Hyundai Accent” markalı minik maşını ilə yolu keçmək istəyən 1954-cü il təvəllüdlü Seyidova Nailə Mehralı qızını vurub. Xəsarət alan N. Seyidova Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.