Mingəçevir su anbarında (sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi yaşayan 3 nəfər xilas edilib. Lent.az-ın Fövqəladə Halar Nazirliyinin saytına istinadən xəbərinə görə, FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Mingəçevir su anbarında batmaq təhlükəsi ilə üzləşmiş 3 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən sudan çıxarılaraq xilas olunub.
Əməliyyat saat 17:00-da başa çatıb.
Mingəçevir su anbarında (sularda xilasetmə məntəqəsinin ərazisində) daha bir nəfər də batmaq təhlükəsi ilə üzləşib. Həmin şəxs də sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən sudan çıxarılıb.
Əməliyyat saat 18:25-də başa çatıb.