Mingeçevirdə bir nəfər suda batmaq təhlükəsi yaşayıb.
Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, su anbarında 1 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.