Mingəçevirdə vətəndaşdan külli miqdarda narkotik götürülüb.
Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Mingəçevir ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Mirzə Nəsibovun evinə baxış zamanı oradan 1 kiloqram 20 qram marixuana aşkar edilərək götürülüb.