Millimizin futbolçusu 6 aylıq sıradan çıxdı
16 avqust 2016 16:39 (UTC +04:00)

Millimizin futbolçusu 6 aylıq sıradan çıxdı

0

Azərbaycan millisinin futbolçusu Uğur Pamuk üçün 2016-cı il bitib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, buna səbəb yarımmüdafiəçinin zədələnməsidi.

 

Yay transfer dönəmində “Manisaspor”a keçərək yeni komandası ilə 2 illik müqavilə imzalayan 26 yaşlı oyunçunun məşq zamanı sol dizi dönüb. MRT-dən (Maqnit Rezonans Tomoqrafiyası) keçən futbolçunun ön çarpaz bağlarının qopduğu aşkarlanıb. Həkimlər vaxt itirmədən onun müalicəsinə başlayıblar.

 

Yaxın günlərdə cərrahiyyə əməliyyatı keçirəcək Pamukun 6 ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 411

Oxşar yazılar