Bu gün Milli Məclisin yaz sessiyası başa çatıb.
Lent.az-ın verdiyi məlumata görə, spiker Oqtay Əsədov deyib ki, 91 deputat növbədənkənar sessiyanın keçirilməsi barədə müraciət edib və növbədənkənar iclas olacaq.
Bununla belə, Oqtay Əsədov bu iclasın yaz sessiyası çərçivəsində sonuncu iclas olduğunu bildirib. İclas Azərbaycan Respublikasının dövlət himninin oxunması ilə başa çatıb.