Metronun yeni rəisi jurnalistlərlə görüşəcək
31 mart 2014 12:20 (UTC +04:00)

Metronun yeni rəisi jurnalistlərlə görüşəcək

“Zaur Hüseynovun mətbuatdan qaçması ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur”. 

 

 

Lent.az-ın məlumatına görə, bunu azvision.az-a "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva deyib. 

 

Onun sözlərinə görə, hazırda qurumda struktur dəyişiklikləri həyata keçirilir:

 

“Mətbuatda gedən məlumatların heç bir əsası yoxdur. Zaur müəllim jurnalistlərdən niyə qaçsın ki? Hazırda qurumda struktur dəyişikliyi həyata keçirilir. Nizamnamə, əsasnamə dəyişilir. 1-2 ay vaxt lazımdır ki, bu işlər sona çatsın. Bundan sonra Z.Hüseynov jurnalistlərlə görüşəcək”-deyə, N.Tanrıverdiyeva əlavə edib. 

 

Qeyd edək ki, mətbuatda "Bakı Metropoliteni” QSC-nin yeni rəisi Zaur Hüseynov barədə tez-tez məlumatlar dərc edilir. Bildirilir ki, Z.Hüseynov mətbuata qapalı adamdır və jurnalistlərdən qaçır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 854
avatar

Oxşar yazılar