Mənzilə dağılmış civə təmizləndi
16 avqust 2015 17:22 (UTC +04:00)

Mənzilə dağılmış civə təmizləndi

0

Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda mənzildə termometr sınması barədə müraciət daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, cihazın sınması nəticəsində daxilindəki civə ətrafa dağılıb. Maye halında olan kimyəvi element nazirliyin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib. Əməliyyat saat 15:45-də başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 304

Oxşar yazılar