Bakının Nizami rayonunda 2 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, buna səbəb giriş qapısının təsadüfən kilidlənməsi olub.
Dərhal FHN-nin uyğun xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər 9 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə xüsusi alət və avadanlıqlar vasitəsi ilə qonşu mənzilin eyvanından enərək daxil olub.
Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil verilib.