Bakının Pirallahı rayonunda orta məktəbin binasının zirzəmisində döyüş sursatı aşkarlanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, bu barədə FHN-nin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Dərhal FHN-nin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib.
FHN-nin mütəxəssisləri aşkarlanmış sursata baxış keçirib. Müəyyən olunub ki, bunlar istifadəyə yararsız olan (təlim üçün istifadə edilən), sursatlardır. Aşkar edilmiş hərbi sursatlar aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirərək digər növ şübhəli əşya aşkar etməyiblər.