Məktəb direktorunu döyüb öldürdülər
02 iyul 2015 11:46 (UTC +04:00)

Məktəb direktorunu döyüb öldürdülər

0

Hindistanın Bihar əyalətində iki şagirdin ölü tapılmasının ardından valideynlər məktəbin direktorunu  linç ediblər.

 

Lent.az-ın modern.az-a istinadən verdiyi məlumata görə, sonuncu dəfə məktəbdə görünən 10 və 11 yaşındakı iki uşaq bir gölməçədə ölü tapılıb. Bundan sonra valideynlər müəllimin uşaqları döyüb suya atdığını iddia ediblər. Valideynlər və kəndlilər 53 yaşlı direktor Devendra Prasad Sinhanı sürüməyə başlayıblar. Hirsli insanlar direktoru döyərək öldürüblər. Hadisədən sonra meyitlər yarılanda uşaqların boğularaq öldüyü, hər hansı bir xarici müdaxilənin olmadığı bildirilib.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 270

Oxşar yazılar