Oktyabrın 28-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü və ATƏT-in Bakı ofisinin dəstəyi ilə “Məişət zorakılığına qarşı mübarizə-qurbanların müdafiəsində və onlara yardım göstərilməsində səylərin birləşdirilməsi” mövzusunda seminara başlanılıb. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib. İki gün davam edəcək seminarda aidiyyəti hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, Moldovanın «La Strada» beynəlxalq mərkəzinin eksperti iştirak edirlər.
Seminarın məqsədi “Məişət zorakılığının qarşısının alınması haqqında” zərbaycan Respublikası Qanununun təbliği, qanunun tətbiqi barədə prezidentin fərmanının icra mexanizminin ixtisaslaşmış vətəndaş cəmiyyətləri ilə birgə təkmilləşdirilməsi üsullarının müəyyən olunması, müvafiq fəaliyyət sahəsində beynəlxalq və milli təcrübələrin mübadiləsidir.
Tədbirdə həmçinin məişət zorakılığı qurbanlarının müdafiəsi üzrə ixtisaslaşmış QHT-lərin müəyyən olunması və mövcud potensiallarının qiymətləndirilməsi, onların akkreditasiyasını tənzimləyən aspektləri, bu sahədə işləyən mütəxəssislərin potensialının təkmilləşdirilməsi kimi məsələlər də müzakirə olunur.