İyulun 10-da Vilayət Camalovun evindən məişət əşyaları oğurlayan şəxslər saxlanılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən Bakı şəhər sakinləri Bəkir İsmayılov və Elvin Qasımov tutulub.
Daha bir oğurluq faktı Abşeron şəhərində olub. Belə ki, Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 31-də Fariz Bağırovun evindən sənəd və məişət əşyaları oğurlamış Saray qəsəbə sakini Ələddin İbrahimov tutulub.