Mehriban Əliyeva Dəmirəl ailəsinə başsağlığı verib
18 iyun 2015 18:25 (UTC +04:00)

Mehriban Əliyeva Dəmirəl ailəsinə başsağlığı verib

 Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin vəfatı ilə əlaqədar mərhumun ailə üzvlərinə, qohumlarına və yaxınlarına başsağlığı məktubu göndərib. 

 
Heydər Əliyev Fondundan APA-ya verilən məlumata görə, Mehriban Əliyeva qardaş Türkiyənin görkəmli siyasi xadimi, Azərbaycan xalqının böyük dostuSüleyman Dəmirəlin bütün həyat yolunun, qardaş Türkiyə Respublikasının firavanlığı naminə yüksək dövlət fəaliyyətinin ona dünyada nüfuz, dərin hörmət və ehtiram qazandırdığını bildirib və bu böyük insanın vəfatı xəbərinin dərin kədər hissi ilə qarşılandığını qeyd edib: 
 
“Azərbaycan və türk xalqları arasında çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək ənənələrinin qorunub saxlanmasına, inkişafına və möhkəmləndirilməsinə Süleyman Dəmirəlin şəxsi töhfəsi əvəzsizdir. Qardaş ölkələrimizin yeni dövlətlərarası münasibətlərinin, strateji tərəfdaşlığının təşəkkülünün və inkişafının əsası bir-birini dost və qardaş hesab edən Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Süleyman Dəmirəl tərəfindən qoyulub. Təsadüfi deyil ki, Türkiyə ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Süleyman DəmirəlAzərbaycanın “Şərəf” ordeni ilə təltif edilib. Xalqlarımızın iki dahi oğlunun - Heydər Əliyevin və Süleyman Dəmirəlin böyük dostluğu bizə örnək olaraq xatirimizdə həmişəlik qalacaqdır. Əminik ki, bu böyük insan, yüksək nüfuz sahibi, bütün fəaliyyəti ilə xalqına hədsiz sədaqət nümunəsi göstərmiş müdrik və uzaqgörən siyasətçi öz vətənində olduğu kimi, Azərbaycanda da heç zaman unudulmayacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 86
avatar

Oxşar yazılar