
Məhkum yoldaşlarını bıçaqlayanın cəzası açıqlandı
Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş məhkum yoldaşlarını bıçaqlamaqda təqsirləndirilən Məhərrəm Kazımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən M.Kazımov 15 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il noyabrın 13-də gecə saatlarında Sabunçu qəsəbəsində baş verib. Əslən Zəngilan rayonundan olan 1986-cı il təvəllüdlü Paşayev İlham Adil oğlu və 1987-ci il təvəllüdlü, Bakı sakini İsmayılov Mahir Etibar oğlu naməlum şəraitdə çoxsaylı bıçaq zərbələri alıblar.
Ekspertlər yoxlama zamanı Paşayevin bədəninin müxtəlif hissələrində çoxsaylı bıçaq xəsarətləri aşkar ediblər. Hadisəni törədən şəxs İsmayılovun boğazını kəsməyə cəhd edib. Hər iki yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirlib.
İlkin araşdırma zamanı məlum olub ki, sözügedən şəxslərə əvvəllər məhkum edilmiş Məhərrəm Kazımov adlı şəxs bıçaqla hücum edib.
Ona Cinayət Məcəlləsinin 29,120.2.7-ci (iki və daha çox şəxsi öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
Cinayət işində zərərçəkən şəxs kimi tanınan Paşayev İlham Ədil oğlu və İsmayılov Mahir Etibar oğlu əvvəllər oğurluğa görə məhkum olunublar.
Oxşar yazılar

Qəbələdə dağlıq-meşəlik ərazidə köməksiz qalan şəxs xilas olundu -VİDEO
1 iyul 2025 , 10:11
Yeniyetmə su kanalına düşüb
1 iyul 2025 , 09:32
Maşın vuran kişi 65 gün sonra öldü
1 iyul 2025 , 09:28
DTX dövlətə xəyanət edən şəxsi həbs etdi
1 iyul 2025 , 09:25
Rusiyada qətlə yetirilən azərbaycanlı qardaşların cənazəsi Ağcabədiyə gətirildi
1 iyul 2025 , 08:47
Xəbərdaredici nişan olsaydı, Cümşüd ölməyəcəkdi… – Qurumdan açıqlama-VİDEO
30 iyun 2025 , 21:53
Yekaterinburqda vəhşicəsinə öldürülən azərbaycanlıların qardaşı danışdı-VİDEO
30 iyun 2025 , 21:47