Məhkəmədə Gülər Əhmədovanın səhhəti pisləşdi   - YENİLƏNİB
28 oktyabr 2013 15:39 (UTC +04:00)

Məhkəmədə Gülər Əhmədovanın səhhəti pisləşdi   - YENİLƏNİB

Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə baxışı günün ikinci yarısında davam etdirilib.

 

APA-nın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə Gülər Əhmədova ifadəsini davam etdirib.

 

G. Əhmədova Sevinc Babayevanın Türkiyədə sərbəst yaşadığını deyib: “Ona Məryəm Solmaz adını mən verməmişəm, nə də pasport almamışam. İstintaq Elşad Abdullayevlə əlaqə yaratdığı kimi, Sevinc Babayeva ilə də əlaqə yarada bilərdi. Sevinc Türkiyədə salona gedib, mağazaları gəzib. Onun oğlu Ayxan Məmmədov özünü məlumatlı adam kimi göstərməyə cəhd edir, barəmdə yalanlarla dolu müsahibələr verir. Bununla bağlı vəkilim istintaq orqanına vəsatət verib ki, onun əməlinə hüququ qiymət verilsin və barəsində tədbir görülsün. Bizim vəsatət təmin olunub. Lakin nəticəsi yoxdur. Həmin

qərar bu günə kimi icra olunmayıb. İstintaqa nə mane olur ki, Ayxan Məmmədovdan dediklərinin sübutunu istəmir? Mən Sevinc Babayevaya Allah xatirinə kömək etmişəm, bütün bunlar mənim ağlıma gəlməzdi ki, gəlib burda dayanacağıq”.

 

İfadəsinə davam edən G. Əhmədova daha sonra bunları deyib: “Elşad Abdullayevin videoları yayılandan sonra Sevinc Babayeva mənim yanıma gələrək bildirdi ki, Elsevər onu tutduracaq. Mən də tələb etdim ki, gedib prokurorluqda ifadə versin. Lakin dedi ki,  xəstədir, ifadə verə bilməyəcək, Türkiyəyə müalicə üçün gedəcək. Sevinc Türkiyəyə gedəndə mənə iki mesaj yazıb, bütün günahlarını etiraf edib. Sevincin bu işdə əsas şahid olduğunu bildiyim üçün hara getdiyini öyrəndim. Lakin prokurorluq onun Azərbaycana gətirilməsi üçün heç bir iş görmədi. Onunla telefon əlaqəsi də yaradılmadı. Əgər mən Sevincə pislik etsəydim, o Əvəz Zeynallının məhkəməsində gəlib özünü şəhid etməzdi”.  

 

İfadəsində G. Əhmədova seçicilərinə, şəhid ailələrinə, ona və ailəsinə mənəvi dəstək verən şəxslərə təşəkkür edib.

 

O, həmçinin məhkəmədə E. Abdullayevə müraciət edib: “On aydır ki, həbsdəyəm, arxamda da heç kim yoxdur. Gəl və gözlərimin içinə bax. “Quran”a əl bas ki, mənə pul vermisən. Mən sənə qarşı heç vaxt jarqondan, tərbiyəsiz sözlərdən istifadə etməmişəm. Düşmənçiliyi kişi kimi elə. Çox qəzəbli vaxtlarım olub, lakin Sevinc Babayevanı əfv etmişəm”.

 

İfadəsinin sonunda isə G. Əhmədova bunları deyib: “Yekunda bildirirəm ki, ittiham əsassızdır. Mən cinayət törətməmişəm. Xahiş edirəm mənə bəraət verin”.

 

Hakim ifadəsini başa çatdıran Gülər Əhmədovaya proses iştirakçılarının suallarına cavab verməyi təklif edib.

 

Lakin G. Əhmədova özünü yaxşı hiss etmədiyini, məhkəmənin təxirə salınmasını xahiş edib.

 

Onun xahişi nəzərə alınıb və proses oktyabrın 31-nə təxirə salınıb.

 

 

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.

 

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.

 

 

*****

15.20

 

Hazırda həbsdə olan sabiq deputat Gülər Əhmədovanın səhhəti pisləşib.

 

Lent.az-ın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

 

Günün birinci hissəsi keçirilən prosesdə Gülər Əhmədova ifadə verib. Daha sonra fasilə elan edilib və məhkəmə iclasının saat 14-də davam etdiriləcəyi bildirilib.

 

Lakin nahar fasiləsindən sonra Gülər Əhmədovanın səhhətində problem yaranıb. O, suallara cavab verə bilməyib. Səhhətində problem yaranıb, danışmaqda çətinlik çəkib.

 

Həkimlərin G. Əhmədovaya tibbi yardım göstərilməsi üçün əvvəlcə prosesdə yarım saatlıq fasilə elan edilib. Lakin daha sonra proses oktyabrın 31-dək təxirə salınıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1657
avatar

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu

Bakıda QƏZA: İşıqfor yerindən qopdu

11 dekabr 2024 , 23:01
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10
Ramiz Tatarovun məhkəməsi ilə bağlı YENİ XƏBƏR

Ramiz Tatarovun məhkəməsi ilə bağlı YENİ XƏBƏR

11 dekabr 2024 , 16:40