Məhkəmə “Azərbalıq”ın sabiq prezidentinin işini yüngülləşdirmədi
10 iyul 2015 12:47 (UTC +04:00)

Məhkəmə “Azərbalıq”ın sabiq prezidentinin işini yüngülləşdirmədi

 

 

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən “Azərbalıq” Dövlət Konserninin sabiq prezidenti Ənvər Mustafayevin məhkəmə prosesi yekunlaşıb. Lent.az-ın məlumatına görə, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Ənvər Mustafayevin apelyasiya şikayəti təmin edilməyib.

 

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ənvər Mustafayev 10 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan Ənvər Mustafayev məhkəmə zalında həbs edilib.

 

Qeyd edək ki, Ənvər Mustafayev Heydər Əliyev Fondunun adından dələduzluq edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 220

Oxşar yazılar