Mədət Quliyev İranın təhlükəsizlik naziri ilə görüşüb
24 fevral 2016 19:08 (UTC +04:00)

Mədət Quliyev İranın təhlükəsizlik naziri ilə görüşüb

0

 Azərbaycan prezidenti İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri zamanı dövlət başçısını müşayiət edən nümayəndə heyətinin üzvü Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev İranın təhlükəsizlik naziri Seyid Mahmud Ələvi ilə görüşüb.

 

Bu barədə APA-ya DTX-nin İctimai əlaqələr şöbəsindən bildirilib. Məlumata görə, işgüzar və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə tərəflər arasında terrorçuluğa, qaçaqmalçılığa və mütəşəkkil cinayətkarlığın digər təzahürlərinə qarşı birgə mübarizənin aparılması perspektivləri müzakirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 370

Oxşar yazılar