Bakıda 23 yaşlı oğlanın telefonu oğurlanıb. Lent.az-ın məlumatına görə, 1993-cü il təvəllüdlü Dərgahlı Elçin İbrahim oğlu polisə müraciət edərək bildirib ki, Yeni Günəşli qəsəbəsində ona məxsus olan 400 manat dəyərli "İPhone 5S" markalı telefon oğurlanıb. 23 yaşlı E.Dərgahlı qeyd edib ki, AB yaşayış massivində 30 saylı yataqxana binasının qarşısında özünə məxsus "VAZ 21015" markalı avtomobili təmir edirmiş. Bu zaman telefonu avtomobilin banının üstünə qoyub və maşının altına girərək təmir işləri ilə məşğul olub.
Daha sonra işini bitirən E.Dərgahlı telefonu qoyduğu yerdə tapa bilməyib.
Müraciət əsasında araşdırma aparılır.