Maşın sərxoş piyadanı vurdu - <span style="color:red;">Tovuzda
15 yanvar 2017 20:26 (UTC +04:00)

Maşın sərxoş piyadanı vurdu - Tovuzda

Tovuzda sərxoş piyadanı avtomobil vurub.

 

APA-nın qərb bürosunun veridyi məlumata görə, hadisə Tovuz şəhərində, Sabir küçəsində qeydə alınıb. Rayon sakini, 1993-cü il təvəllüdlü Röyal Namazov  müxtəlif bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib.

 

R. Namazovun hansı şəraitdə və hansı  avtomobillə vurulduğu hələ ki, məlum deyil. Piyadanın ağır dərəcəli sərxoş olduğu bidlirilir.

 

Faktla bağlı Tovuz rayon Polsi Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 260
avatar

Oxşar yazılar