Gəncə sakinlərinə məxsus avtomobilləri qaçırmış şəxslərdən üçü tutulub.
Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il oktyabrın 26-dan dekabrın 9-dək olan müddətdə Gəncə şəhər sakinləri R.Niftəliyevə, Z.Rəcəbova, A.Əzizova, V.Əliyevə, E.Kərimliyə və E.Ağaxanova məxsus “VAZ” markalı avtomobilləri qaçırmış şəxslər müəyyən edilib. Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Osman Həsənov, Məcid Sultanov və Samid Mirzəpur tutulub, daha bir nəfər isə müəyyən edilib.
Araşdırma aparılır.