Maşın ağaca çırpıldı, ölən var - <span style="color:red;">YENİLƏNİB
04 sentyabr 2019 14:40 (UTC +04:00)

Maşın ağaca çırpıldı, ölən var - YENİLƏNİB

Qusarda baş verən yol qəzasında yaralananların vəziyyəti açıqlanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hadisə nəticəsində xəstəxanaya 5 nəfər müraciət edib. Onlardan 39 yaşlı Pərvanə Babayevanın xəsarətləri ağır olduğundan həyatını xilas etmək mümkün olmayıb. Digər yaralılar 53 yaşlı Cəbrayılov Zeynulla, 29 yaşlı Elina Sevzixanova, 26 yaşlı Gülmirə Babayeva və 28 yaşlı Mine Qurbanova qapalı kəllə beyin travması və müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Hazırda müalicələri davam edir.

***

Saat 10:38

Bu gün Qusar rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Qusar-Xudat yolunun Balaqusar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Zeynulla Cəbrayılovun idarə etdiyi “Mercedes” markalı avtomaşın yoldan çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Yaralılardan biri - 1980-ci il təvəllüdlü Pərvanə Babayeva dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 590

Oxşar yazılar