Masazırda tapança satan şəxs tutulub
08 fevral 2016 13:17 (UTC +04:00)

Masazırda tapança satan şəxs tutulub

0

Sabirabad rayon sakini silah satarkən tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Zəngilan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Cavid Hacıyev nömrəsi silinmiş “Makarov” markalı tapançanı və içərisində 8 ədəd patron olan patron darağını Masazır qəsəbəsi ərazisində satarkən yaxalanıb.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 269

Oxşar yazılar