Masallıda qətlə yetirilən 16 yaşlı oğlanın qatillərindən 1-i tutulub
11 iyul 2015 14:29 (UTC +04:00)

Masallıda qətlə yetirilən 16 yaşlı oğlanın qatillərindən 1-i tutulub

Daxili İşlər Nazirliyi Masallıda 16 yaşlı oğlanın ölümü ilə əlaqədar məlumat yayıb.

 

 

Lent.az-ın nazirliyin saytına istinadən xəbərinə görə, polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən aparılmış tədbirlər nəticəsində iyulun 9-da Masallı rayonunda Həmid Məmmədovu bıçaqla qətlə yetirmiş Xıl kənd sakinləri - əvvəllər məhkum olunmuş Rövşən Zamanov tutulub, Röyal Quliyev, Cavid Kazımov və  Mehdi Bağışov isə  müəyyən ediliblər.

 

Onların tapılıb tutulmaları barəsində tədbirlər davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 405

Oxşar yazılar